Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qoz ağacından yıxıldı, ağır yaralandı

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala rayonunda 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Press.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 1994-cü il təvəllüdlü İslam Həmzət oğlu Halmaqov qoz ağacından yıxılıb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Halmaqov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı İ. Halmaqova boyun və bel fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI