Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda sahibsiz itlər 49 yaşlı kişinin qulağını qopardı

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Press.az xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.

Xəstəxanadan “Report”un yerli bürosuna verilən məlumata görə, cari ildə Kürdəmirdə 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI