Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bir xal qazandığımız üçün sevinirik" - Ayxan Abbasov

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Neftçi” ilə səfərdə oynamaq çox çətindir”.

Press.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi” ilə bu gün keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

Abbasov görüşdən sonra fikrini bu sözlərlə davam etdirib: ““Neftçi”nin son oyunlarını təhlil edəndə onların matça yüksək tempdə başladığını görmüşdük. Buna hazır idik. Oyunun nəzarətini ələ keçirməyin çətin olacağını bilirdik. Amma qapımızda elə böyük yüzfaizlik qol imkanı buraxmadıq. Bu da önəmli amildir. Son vaxtlar çətin durumda idik. Çoxdan idi ki, itkilər səbəbindən tam heyətlə mübarizə apara bilmirdik. Bu gün bəzi oyunçular sırada idi. Səfərdə “Neftçi”dən 1 xal qazanmaq normaldır. Rəqibin gücünü də dəyərləndirmək lazımdır. Bəzi anlarda bizim də üstünlüyümüz, qol imkanlarımız oldu. “Neftçi” topla oynayan komandadır, bizi müdafiədən oynamağa vadar etdi. Futbolçularımız soyuqqanlı olsaydılar, bəlkə də, qol vura bilərdik. Yenə də onlara inanırıq, bu, ötən mövsüm bürünc medal qazanan heyətdir. Əsas odur ki, təslim olmayıblar. Bu gün 1 xal qazandığımız üçün sevinirik".

- Fasilədən sonra bir qədər fərqli "Sumqayıt" izlədik. Bu, xüsusi tapşırıq idi?

- Xeyr, biz ikinci hissəyə fərqli hazırlaşmamışdıq. Rəqibin təzyiqi axıra qədər saxlaya bilməyəcəyini bilirdik. Sürətli hücumlarımız alınmağa başladı.

- Rəhim Sadıxovun bu qədər top itkisinə yol verməsi nə ilə bağlı idi?

- Rəhimə qarşı rəqiblər fərdi hazırlaşırlar. Top onda olanda 2-3 oyunçu önünü kəsir. Onun da yaxşı və zəif oyunları olur. Bu gün çox top itirə bilər. Topu Rəhim, Rüfət itirməlidir. Çünki onlar oyunu üzərlərinə götürürlər.

- Heyətlə bağlı problemlərin həlli üçün klub rəhbərliyi ilə söhbətiniz olub?

- Rəhbərliklə danışığımız olub, bu məsələləri müzakirə etmişik. Hansı oyunçuları gətirə bilərik suallarını veririk. Yerli bazarda oyunçu götürmək çətindir. Nələrsə edəcəyik. İmkanımızın çatıb-çatmayacağını "Keşlə" ilə görüşdən sonra danışacağıq. Bizdə bəzi mövqelər var ki, oradakı itkilər çətinliyə yol açır. Klubun da mövqeyi önəmli olacaq. Ola bilər ki, bu gənclərin üzərində dayanıb, növbəti mövsümə hazırlaşaq.

(apasport.az)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI