Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə 16 yaşlı məktəbli ağır qəza törətdi, özü və 13 yaşlı qız öldü - FOTO

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib.

Press.az bildirir ki, baku.ws-in əldə etdiyi məlumata görə, hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetməni itirən 2005-ci il təvəllüdlü sürücü Əlizadə Numan Namiq oğlu ilk olaraq 13 yaşlı İbrahimova Nazlı Elşad qızını vurub və daha sonra ağaca çırpılıb.

Zərbənin təsirindən məktəbli qız hadisə yerində, 11-ci sinif şagirdi olan sürücü isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qəza nəticəsində Əlizadə Numanın avotmobilində olan 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, həmyaşıdı Bayramov İlkin və 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu isə yaralanıblar.

--------

15:22

Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.

Press.az report-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır.

Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər
OTACI