First slide

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, “Vita” markalı avtomobil Mirhakim Mirbağır oğlu Nəcəfzadəni vurub. Sürücü baş nahiyəsindən ağır xəsarət alan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onun öldüyü məlum olub.

M.Nəcəfzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI