Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb:


"Təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Ona ilkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub".


Qurum rəsmisinin sözlərinə görə, aidiyyəti üzrə araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI