Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayon sakini Əli Mustafayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, o, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Nərimankənd kənd sakini Mirhüseyn Hüseynov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI