Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəyə iki dəfə ucuz getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin milli valyutasının ucuzlaşması bu ölkəyə turist axınına səbəb olub. Ölkəmizdən də bu istiqamətə uçuşlara böyük tələbat var. Tələb çox olduğundan uçuş biletlərində bahalaşma müşahidə edilir.

Turizm şirkətləri alternativ olaraq vətəndaşlara fərqli turpaketlər təklif edirlər. Bəs, ən aşağı büdcə ilə Türkiyəyə necə getmək olar?

Press.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, aviabiletlərin qiymətinin qalxması ilə turizm şirkətləri səfərləri Naxçıvan üzərindən təklif edirlər.

Bakıdan İstanbula təyyarə ilə getmək istəyən sərnişinlər təxminən 300-350 manat ödəniş etməlidir. Naxçıvan üzərindən getdikdə isə səfər iki dəfə ucuz başa gəlir. Türkiyəyə getmək isəyənlər Bakıdan Naxçıvana təyyarə ilə ordan da avtobusla İstanbul və ya digər şəhərlərə gedirlər. Belə olan halda isə həm gediş-dönüş təyyarə bileti və avtobus xərci də daxil olmaqla ümumilikdə 300 manata başa gəlir.

Turizm məsələləri üzrə ekspert Elgün Babayevin sözlərinə görə, tələbat çox olduğundan bir çox reyslərə biletlər əvvəlcədən bron edilir.

Ekspertlər hesab edir ki,Naxçıvan üzərindən səfərlərə tələbat daha da artacaq.

Oxşar xəbərlər
OTACI