Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BMT rəsmisi Abşeronda aksiyaya qoşulub-FOTO

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Abşeron Milli Parkında keçirilən aksiyaya qoşulub.

Press.az xəbər verir ki, bu barədə Vladanka Andreyeva özünün tviterdəki səhifəsində bildirb.

O, qeyd edib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə, həmkarlar və tərəfdaşlarla birlikdə Abşeron Milli Parkında “MobilityAction”ın (hərəkətlilik fəaliyyəti) təşviqində iştirak edib.

BMT rəsmisi velosiped sürməyin xoşbəxt və sağlam qalmağın sadə yolu olduğunu qeyd edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş kecirilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Climate regional layihəsinin məqsədi Paris Sazişinə uyğun olaraq tərəfdaş ölkələrdə iqlim dəyişmələri təsirlərinə dayanıqlı və aşağı emissiyalı hədəflərin qanunvericiliyə inteqrasiyasına və həyata keçirilməsinə dəstək göstərməkdir. Abşeron Milli Parkında keçirilən veloyürüş, digər tədbirlərlə yanaşı, sözügedən layihə çərçivəsində ölkəmizdə təmiz nəqliyyatın təbliğ edilməsi və Avropa Nəqliyyat Həftəsinin (European Mobility Week) qeyd olunması məqsədilə təşkil edilib.

Abşeron Milli parkında keçirilən ekoloji tədbir cari ilin noyabr ayında Qlazqoda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında atmosferdə istixana qazı tullantılarının azaldılmasına dair qarşıya qoyulan hədəflər üzrə qlobal səylərə dəstək xarakteri daşıyır.

Oxşar xəbərlər
OTACI