First slide

Dünyada koronavirus mənzərəsi

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 530 minə yaxın olub.


Press.az  “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 529 min 504 nəfər yeni koronavirusa yoluxub, 5 min 690 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da yoluxanların ümumi sayı 265 milyon 689 min 812, ölənlər isə 5 milyon 263 min 768 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (56 min 742 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1215 nəfər) Rusiyada qeydə alınıb.


Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (49,9 milyon), Hindistan (34,6 milyon), Braziliya (22,1 milyon), Böyük Britaniya (10,4 milyon), Rusiya (9,7 milyon), Türkiyə (8,8 milyon) və Fransada (7,8 milyon) qeydə alınıb.


Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI
OTACI