Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadan Belarusla bağlı Qərbə - Etiraz

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qərb ölkələrinin Belarusa qarşı yeni sanksiyaları qanunsuz və qeyri-insanidir”.

Press.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Qərbi insan haqları ilə bağlı ikiüzlü olmaqda ittiham edib.

M. Zaxarova ABŞ, Avropa İttifaqı (Aİ), İngiltərə və Kanadanın insan haqlarının pozulması və mühacirlərin siyasi məqsəd kimi istifadə edilməsi səbəbiylə dekabrın 2-də qəbul etdiyi sanksiya qərarı ilə bağlı yazılı açıqlama verib.

"Bu sanksiyalar Belarusun daxili işlərinə müdaxilədir. Qərb ölkələri Belarusu miqrant böhranı səbəbiylə cəzalandırmağa çalışır. Biz dekabrın 2-də ABŞ, Aİ, Böyük Britaniya və Kanadanın eyni vaxtda Belarusa qarşı yeni məhdudlaşdırıcı tədbirlərini pisləyirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının xaricində tətbiq edilən məhdudiyyətlər kimi, bu sanksiyalar da qanunsuzdur”, - açıqlamada qeyd olunub.

Zaxarova bildirib ki, böhran müvafiq ölkələr arasında qarşılıqlı fəaliyyət yolu ilə həll oluna bilər: "Qərb ölkələrini ikili standartlardan və qanunsuz sanksiyalarla təzyiq göstərmək siyasətindən əl çəkməyə və Belarusla əməkdaşlıq edərək miqrant böhranını həll etməyə çağırırıq”.

Oxşar xəbərlər
OTACI