Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov: "Rəqibdən çəkinmədən çıxış etməyə gedirik"

04 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularında yorğunluq var idi. Çox layiqli qələbə qazandıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, İbrahima Vadjini oyunun gedişatına görə meydana buraxıb: "Rəqibdə qapanma olsaydı, Musa Qurbanlını bəlkə də meydana buraxardım".

O, komandanın zədəli futbolçusu Kevin Medinanın durumuna da aydınlıq gətirib: "Medina ötən gün məşqin sonunda əzələsində ağrı hiss etdi. Bu gün MRT müayinəsindən keçdi. əzələsində qanama var idi. Qarşıdakı iki gündə vəziyyətinə baxacağıq. Oynama ehtimalı 50/50-dir".

Qurbanov hakimliklə bağlı başlarına çox iş gəldiyini söyləyib: "Kimə deyirsən, "hakim də insandır, o da səhv edə bilər" deyir. Hakimliyi hazırda fikirləşirik. Elə oyunlar olub ki, hakim səhvlərinə rəğmən qalib gəlmişik. Amma hakim ciddi amildir. Bir səhvlə bütün əziyyəti yerə vura bilərsən. Çox olub ki, görəsən, bilə-bilə ediblər deyə fikirləşmişik. Bizim də lehimizə səhvlər olub. Amma "Bazel" kimi rəqiblərlə oyunlarda hakimlik vacib amildir. Amma səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə, rəqibdən çəkinmədən çıxış etməyə gedirik. Elə çıxmasın ki, biz növbəti mərhələni təmin etmişik, ona görə arxayın oynayacağıq".

Baş məşqçi çempionluğun yarısının təmin olunduğunu əsla düşünmədiyini vurğulayıb: "Komandamda da belə düşüncə yoxdur. Qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq".

(Report)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI