Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Brüssel görüşünün çox mühüm nəticələri olacaq - Rəsul Quliyev

04 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Paşinyan Dağlıq Qarabağ mövzusu ilə əl-qolunu bağlamaq istəmir”.

Press.az Sfera.az-a istinadən bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görə, Nikol bu məsələnin müzakirəsində maraqlı deyil, ancaq erməni revanşistlərini susdurmaq üçün istəmədiyi bəyanatları verir:

"Prezident İlham Əliyevin Brüsseldə Paşinyanla görüşünün çox böyük əhəmiyyəti olmalıdır. Birincisi, Paşinyan Qarabağda heç bir santimetr erməni torpağı olmadığını elan etməlidir. İkincisi, bu gün Xankəndində yaşayanların Azərbaycan vətəndaşları olduğunu və Azərbaycan qanunları ilə yaşamalı olduqlarını təsdiqləməlidir. Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan ərazilərinin bütövlüyünü qəbul etməsin. Ermənistan baş naziri bunu qəbul etdiyini bəyan etməlidir”.

R.Quliyev əlavə edib ki, Avropa İttifaqının başçıları Paşinyanı bu addımları atmağa sövq etməlidirlər:

"Nikolun Azərbaycan və Türkiyə ilə sərhədlərini açıb ticarətə başlaması ölkəyə azı 5 milyard dollar qazanc gətirə bilər və onun müstəqilliyinə heç bir xələl gətirməz. Rusiyadan ildə 1 milyard dollara qədər pul qopardıb boynu bükülü gəzməkdənsə, bu variant yaxşıdır. Ermənistan nəhayət real müstəqil ola bilər. Prezident Əliyev təkbətək görüşdə əminəm ki,  Paşinyanı başa salacaq. Paşinyan özü də müstəqil siyasət aparmaq istəyir. Brüssel görüşünün çox böyük əhəmiyyəti olmalıdır”.

Oxşar xəbərlər
OTACI