Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Onları daha yaxşı tanıyın! - Bürclərin ən qaranlıq sirləri

04 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hamının açıqlamaq istəmədiyi sirlərinin olduğu bəllidir. Bəziləri özünü insanlara olduqlarından başqa cür təqdim edirlər. Bürclərin də özlərinəməxsus gizli xüsusiyyətləri var.

Press.az xəbər verir ki, Sfera.az bu dəfə bürclərin hər kəsdən gizlətdiyi ən qaranlıq sirlərini təqdim edir:

Qoç bürcü – Hiyləgər olurlar, bəzən bunu yüksək səslə dilə gətirə bilirlər. Bu bürcün nümayəndələri qələbə qazanmaq üçün aldatmaqdan belə çəkinməzlər. Əgər bu xarakterlərini nəzarətdə saxlaya bilərlərsə, onlar üçün daha yaxşı olar. Amma aldatmaq hər zaman onlara cəzbedici gələr.

Buğa bürcü – Qürurlu və eqolu davrana bilərlər, amma dərinlikdə güvənsizlik yaşayırlar. Birini sevəndə və onun doğru adam olduğunu düşünəndə açıq kitab kimi özlərini qarşı tərəfə təslim edərlər.

Əkizlər bürcü – Mənasız səbəblərdən ötrü münasibətlərini bitirə bilərlər. Onlara görə, partnyorları mesajlarına cavab verməsə, ya da zənglərinə geri dönməsə bu, ayrılıq səbəbidir. Heç kimə gerçək kimliklərini göstərməzlər, çünki müdafiəsiz olmaqdan xoşları gəlmir.

Xərçəng bürcü – Əslində bütün dostlarına nifrət edirlər. Özlərini onlardan daha üstün görürlər, sadəcə nə hikmətdirsə, əlaqələrini qopara bilmirlər.  Digər sirləri isə özlərini həssas hiss etmələridir. Sədd çəkirlər, qayda-qanunlu görünsələr də, əslində bundan çox uzaqdırlar. Bu görüntülərini qorumaq üçün əllərindən gələni edirlər.

Şir bürcü – Ən qaranlıq sirləri hər kəsi qısqanmalarıdır. Qısqanclıq onları daxildən yeyib-bitirir. Hətta bir əlində olanı digər əli qısqanır. Hər zaman göz qabağında olmağı sevirlər.

Qız bürcü – Saxta kompliment etmək məsələsində ustadırlar. Ona görə də sözlərinə inanmamaqda fayda var. Əgər sizi tərifləyirsə, bu, nəzakətlərindən irəli gəlir.  Dərin düşünən insanlardır. Bu bürc nümayəndələrinin rahat olmağa ehtiyacı var.

Tərəzi bürcü -  Daşqəlblidirlər və manipulyasiya məsələsində bacarıqlıdırlar. Bir şeyi etdirmək istəyəndə sakit danışırlar. Bu səbəbdən onlardan hər hansı utanc və ya günah hissi gözləməyin. Əsas sirləri isə, tək qalmaqdan qorxmalarıdır. Amma bunu heç vaxt qəbul etmirlər.

Əqrəb bürcü – Qaranlıq tərəfləri və intiqam hisləri var. Ona görə də sirləri çoxdur. Onların saxta baxışına və timsah göz yaşlarına inanmayın. Sizdən özünüz haqqında danışmağınızı və sirlərinizi öyrənmək istəyərlər. Amma öz sirlərinə gələndə, heç nə deməzlər.

Oxatan bürcü – Münasibətdən qaçırlar. Sizi çox sevə bilərlər, amma bağlılıq məsələsinə gəldikdə, anidən ortadan yox ola bilirlər. Bir oxatanın bağlılığını qazanmaq üçün bir az səbrli olmalısınız.

Oğlaq bürcü – Bağışlamaq onların kitabında yoxdur. Edilən şeyləri unutmazlar. Sizi həyatlarından çıxarar və ya sizi səfil duruma sala bilərlər. Güclü görünməyi sevirlər, amma içlərində çox duyğusal olduqlarını bilirlər.

Dolça bürcü – Zərərsiz zarafatlaşmaları əslində bir flört forması olsa da, bunu heç vaxt qəbul etməzlər. Eyni zamanda ətraflarındakı dost qrupu ilə yaxşı yola getməyə bilərlər. Əlaqə qurmaq istəyirlər, amma bu mövzuda uğursuzdurlar.

Balıq bürcü – Diqqət çəkmək üçün kədərli hekayələrinə əlavələr edirlər. Bu bürcün nümayəndələri qarşısındakı insanın simpatiyasını qazanmaq üçün hər şey edə bilərlər. Zərif qəlbləri var. İncinməmək üçün insanların asanlıqla ürəklərinin dərinliklərinə toxunmalarına icazə vermirlər.

Oxşar xəbərlər
OTACI