Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

16 noyabrda fərarilik edən batalyon komandiri həbs olundu

04 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

16 noyabrda fərarilik edən batalyon komandiri həbs olundu.

Press.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan ordusunun zabiti - batalyon komandiri həbs edilib.

Zabitin adı açıqlanmır. Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib.  Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, zabitlə yanaşı, daha bir neçə hərbi qulluqçu həbs olunub.

Oxşar xəbərlər
OTACI