Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabulda avtomobil keçmiş polisi vurub öldürdü

01 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabulda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində piyada aldığı xəsarətlərdən ölüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupuna sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 20 radələrində Hacıqabul rayonunda baş verib:

"Rayon sakini Alik Əzizov rayon ərazisində idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən  Şirvan şəhər sakini, piyada Şəhriyar Cəfərovu vurub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən Ş.Cəfərovun həyatını həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır".

Ş.Cəfərovun daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı yayılan məlumat isə təkzib olunub. Onun iki ildən artıqdır ki, daxili işlər orqanlarında xidmət etmədiyi bildirilib.

///Oxu.az

Oxşar xəbərlər
OTACI