First slide

113 yoluxma aşkarlandı, bu şəhəri tərk etmək qadağan edildi

01 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son 24 saat ərzində Çində yerli mənşəli 91, xarici mənşəli 22 koronavirusa yoluxma halı aşkar edilib.

Press.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama yayıb.

Bildirilib ki, virusla bağlı ölüm halı qeydə alınmayıb. Yerli mənşəli 91 yoluxma Daxili Monqolustan Muxtar Bölgəsində aşkar edilib.

Yerli mənşəli yoluxma hallarının sayı noyabrın 2-dən bəri ən yüksək səviyyəyə çatıb.

Bazar günündən bəri bölgədə aşkarlanan yoluxma sayı 132-yə yüksəlib. Yoluxmanın 70 faizindən çoxu Mancouli şəhərində aşkarlanıb.

Mancouli sakinlərinə şəhəri tərk etmək qadağan edilib, bəzi ictimai yerlər müvəqqəti bağlanıb.

Koronavirusun dünyaya yayıldığı Çində bu günə qədər 98 min 824 yoluxma aşkar edilib, 4 min 636 nəfər ölüb, 868 xəstənin müalicəsi davam edir.

Çin yoluxmanın qarşısını almaq və ötürülmə zəncirini qırmağa yönəlmiş "sıfır hal" strategiyasını həyata keçirir. Strategiya karantin, səyahət məhdudiyyəti, kütləvi koronavirus testi kimi ciddi və genişmiqyaslı tədbirləri əhatə edir.

Oxşar xəbərlər
OTACI
OTACI