Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əməkdar artist ağır əməliyyat keçirdi - Xərçəng çıxarıldı - (FOTO)

01 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən həftə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilən və əməliyyat olunan Əməkdar artist Novruz Qartal evə buraxılıb.

 Press.az xəbər verir ki, bu barədə aktyorun çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın Mətbuat xidməti məlumat yayıb.

“Ötən gün xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir”, - məlumatda deyilir.

Daha əvvəl N.Qartalın həyat yoldaşı Zərqələm Əliyeva “Qafqazinfo”ya açıqlamasında maddi sıxıntı çəkdiklərini, kirayədə yaşadıqlarını dilə gətirmişdi.

Oxşar xəbərlər
OTACI