Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin də çıxış etdiyi “Kolos”un (Ukrayna) yeni baş məşqçisi müəyyənləşib.
Press.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yaroslav Vişnyakla anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, “Kolos” hazırda Ukrayna Premyer Liqasında 18 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Nuriyev “Kolos”a bu yay “Minay”dan keçib.