Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avstraliya səfiri Azərbaycana başsağlığı verib

01 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstraliyanın Türkiyədə, eyni zamanda Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiri Maylz Armitac Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Press.az xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.

“Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirəm”, - paylaşımda deyilir.

Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər isə həlak olub.

Oxşar xəbərlər
OTACI