Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həlak olan hərbçilərə şəhid statusu veriləcək

30 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara şəhid statusunun verilməsini nəzərdə tutur.

Press.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Həlak olan hərbçilərin dəfn mərasimləri ilə bağlı məlumat verən DSX rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlar verdiklərini vurğulayaraq deyib:

“Dəfn mərasimləri sabah gün ərzində valideynlərlə məsləhətləşmələr aparıldıqdan sonra həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar verilib. Ancaq ilkin olaraq valideynlərlə məsləhətləşməliyik”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Oxşar xəbərlər
OTACI