Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

30 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Press.az xəbər verir ki, 6-cı turda “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.

Qeyd edək ki, yığmamız əvvəlki 5 oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8), Maltaya (1:2), Rusiyaya (0:4) uduzmuşdu. 

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI