Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya bazarında neftin qiyməti bahalaşır

29 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünya bazarında neftin qiyməti bahalaşır.

Press.az xəbər verir ki, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 04:59 üçun (Bakı vaxtı) 5,01 faiz bahalaşaraq 75,18 dollar/barel təşkil edib.

Qeyd edək ki, bundan əvvəl, Afrikanın cənubundakı bir sıra ölkələrdə aşkar edilmiş yeni COVID-19 ştammının Avropada qeydə alınması ilə bağlı xəbərlər fonunda neftin qiyməti 10%-dən çox ucuzlaşaraq 72 dollar/barelə düşmüşdü.

Statistikaya görə, "WTI" markalı neftin qiyməti də 5,62 faiz artıb və 71,98 dollar/barelə çatıb.

Oxşar xəbərlər
OTACI