Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mərakeş "omikron"a görə sərnişin reyslərini dayandıracaq

28 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərakeş hakimiyyəti noyabrın 29-u axşamdan etibarən koronavirusun yeni "omikron" ştammının sürətlə yayılması ilə əlaqədar krallığa bütün birbaşa sərnişin reyslərini dayandırmaq qərarına gəlib.

Press.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib: "Koronavirusun yeni "omikron" ştammının, xüsusən də Avropa və Afrikada sürətlə yayılması ilə əlaqədar olaraq, Mərakeşin pandemiya ilə mübarizədə əldə etdiyi nailiyyətləri qorumaq və vətəndaşların sağlamlığını qorumaq məqsədi ilə ölkəyə bütün birbaşa sərnişin reyslərinin dayandırılması qərara alınıb. Mərakeş Krallığı 29 Noyabr 2021-ci il tarixindən saat 23:59-dan başlayaraq iki həftəlik müddətə dayandırılacaq".

Oxşar xəbərlər
OTACI