Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ər arvadını öncə döydü - Sonra bıçaqladı

28 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qaxda 33 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qax rayon Qaxbaş kənd sakini, 1988-ci il təvəllüdlü Zümrüd Abdulla qızı Qarcıyeva sol kürək nahiyəsinin kəsilmiş,  sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının və burunun əziyi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Müayinə zamanı 33 yaşlı Zümrüd Qarcıyevanın yaşadığı ünvanda ailə münaqişəsi zəminində əri tərəfindən döyüldüyü və bıçaqla xəsarət yetirdiyi məlum olub. 

Zümrüd Qaqcıyevanın müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Qaxda arvadını döyən və ona xəsarət yetirən ər, rayonun Qaxbaş kənd sakini Nüsrət Şirinov Polis Şöbəsinə gətirilib və izahatı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI