First slide

Koronavirusu 2 saniyəyə məhv etməyin yolu tapıldı

28 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millimetr dalğalarının istifadəsi iki saniyə ərzində səthlərdə olan koronavirus və poliovirusun 99 faizini öldürə bilər.

Press.az xəbər verir ki, İsrailin Ariel Universitetinin ekspertləri belə qənaətə gəliblər.

Mütəxəssislər uzunluğu birdən on millimetrə qədər olan radiodalğaların infeksiyaya təsirini tədqiq edərək, radiasiyanın patogenləri iki saniyəyə öldürə biləcəyini müəyyən ediblər.

"Bu tip radiasiya millimetr dalğa rejimində işləyir, bu isə o deməkdir ki, onların dalğa uzunluğu təxminən üç millimetrdir. Mobil telefonunun radiasiyasının dalğa uzunluğu təqribən 30 santimetr, mikrodalğalı şüalanma isə təxminən 12 santimetrdir", - professor Moşe Einat İsrail mətbuatına bildirib.

Alimlər qeyd edirlər ki, belə dalğalar temperaturu yüksəltməyə qadirdir. Bu da onlara virus hissəciklərini öldürməyə imkan verir.

Eyni zamanda, yeni üsul müxtəlif səthlərdə, məsələn, avadanlıq və digər texnologiyalarda istifadə üçün uyğundur. Tədqiqatın müəllifləri bu üsulun insan orqanizmində infeksiyaya qarşı mübarizədə istifadə oluna biləcəyinə şübhə ilə yanaşırlar. Lakin eyni zamanda, onun daha sürətli işlədiyini qeyd edirlər. Bildirirlər ki, cəmi iki saniyə ərzində virus hissəciklərinin 99,8 faizi məhv edilir.

(qafqazinfo)

Oxşar xəbərlər
OTACI
OTACI