Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda əcnəbi vətəndaşın avtomobili qəzaya düşdü - Xəsarət alanlar var

27 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Press.az-ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR-la “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və “VAZ-2106”nın sürücüsü Salayev Çingiz Ağayar oğlu xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

(report)

Oxşar xəbərlər
OTACI