Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST birjalarda qorxu yaratdı - Neft kəskin UCUZLAŞDI

27 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 11,55% azalaraq 1 barelə görə 72,72 dollar təşkil edib.

Maraqlıdır, son sutkada neftin bu kəskin ucuzlaşmasının səbəbi nədir?

Press.az Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın açıqlamasına istinadən xəbər verir ki, neftin ucuzlaşmasının səbəbi yeni yaranmış koronavirus ştammı ilə əlaqəlidir:

“Dünənki hərraclarda neftin ucuzlaşmasına fundamental səbəb var. Bunun səbəbi Cənubi Afrikada tapılmış koronavirusun yeni növ ştammıdır. Yeni növ ştammın həm Asiyaya, həm də Avropaya gəlməsi ilə bağlı bir sıra ölkələr artıq məhdudiyyətlər qoyub. Rusiya artıq bir neçə ölkənin gəlişinə qadağa edib".

Ekspertin sözlərinə görə, investorlar yeni ştammla bağlı həyəcan təbili çalır və əllərindəki nefti birjada satmağa çalışırlar:

“Bu həyəcan təbilidir. Artıq investorlar gözləyirlər ki, yenidən qadağalar qoyulacaq və hərəkət məhdudlaşdırılacaq. Bu halda neftə olan tələbat azalacaq. Onlar indi istəyirlər ki, əllərində olan nefti birjada satsınlar. Birjada da təklif tələbi üstələyəndə neftin qiyməti düşür".

Ekspert deyib ki, bazarları təşvişə salan əsas məsələlərdən biri də yeni ştamm ilə bağlı məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayması idi "Bu səbəbdən neft alıcıları qorxuya düşüb”.

(modern.az)

Oxşar xəbərlər
OTACI