Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən a verilən Press.az-ın məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsində yerləşən “Kral” kafesinin saat 00:20 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər.

Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi İ.Hüseynov və 6 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət edilib. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Oxşar xəbərlər
OTACI