First slide

Ötən gün 50 nəfər TUTULUB

27 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.

Press.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 73 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Oxşar xəbərlər
OTACI