Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin İlham Əliyev və Paşinyana sülh simvolu hədiyyə etdi - VİDEO

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir birgə mətbuat konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh simvolu hədiyyə edib.

Press.az xəbər verir ki, Putin nizamlanma simvolu olaraq Paşinyan və Əliyevə zeytun budaqları bağışlayıb.

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü faydalı adlandırıb, razılaşmalara əməl olunacağına ümid etdiyini bildirib:

“Vurğulamaq istəyirəm ki, görüş son dərəcə faydalı oldu. Erməni və azərbaycanlı dostlarımıza hədiyyəmiz, sülh və firavanlıq rəmzi olan zeytun budağıdır. Mən çox ümid edirəm ki, bugünkü razılaşmalar həyata keçiriləcək və bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması istiqamətində növbəti addımların atılmasına şərait yaradacaq”.

 

Oxşar xəbərlər
OTACI