First slide

Noyabr ayının bütün müavinət və təqaüdləri ödənib

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

 Press.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Oxşar xəbərlər
OTACI
OTACI