First slide

Bakıda bu yollar bağlanır - XƏBƏRDARLIQ

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Press.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.

Oxşar xəbərlər
OTACI
OTACI