Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yol polisindən heyvanlarla bağlı XƏBƏRDARLIQ

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli  avtomobil sahiblərinə müraciət edib.

Modern.az-a açıqlama verən polis moyoru deyib ki, qışda avtomobillərini küçədə saxlayanlar diqqətli olsunlar:

“Soyuq havada bəzi küçə heyvanları, xüsusən də pişiklər özlərinə isti yer tapmaq üçün avtomobillərin əsasən mühərrik hissəsində gizlənilər. Buna görə də tövsiyə olunur ki, sürücü avtomobilə bir siqnal versin, yaxud mühərrikxananı açsın ki, əgər heyvan varsa qaçsın. Əks halda mühərrikin pərinə ilişən heyvan da tələf olur, avtomobilə də ciddi ziyan dəyir”.

A.Ələsgərli bundan əlavə, hər bir nəqliyyat vasitəsinin sahibinin gündəlik olaraq, avtomobilin texniki sazlığına, onun vəziyyətinə diqqət yetirməli olduğunu vurğulayıb:

“Texniki sazlıqdan başqa, avtomobilin morfoloji əlamətlərinə də diqqət yetirmək lazımdır. Buna görə də, avtomobil sahiblərindən tələb olunur ki, nəqliyyat vasitəsini işə salmamışdan əvvəl onun ətrafında 360 dərəcə dövrə vursun. Bu zaman avtomobilin nömrə nişanının düşdüyünü, onun morfoloji nasazlığını və s. görə bilər”.

Oxşar xəbərlər
OTACI