Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana qanunsuz pirotexniki vasitə və dərmanlar gətirilməsinin qarşısı alınıb

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitələrin və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bu barədə Press.az-a Dövlət Gömrük Komitəsi9ndən məlumat verilib.

Məlumata görə, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə ağacyonqarlı piltələr, səthi melaminlə hopdurulmuş, kağızla örtülmüş laminat yükü gətirən “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və terminalın ərazisinə gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gətirilən yüklərdən əlavə karton qutuların olduğu müəyyən edilib. Baxış zamanı 213 iri həcimli qutuda -10 384 ədəd fişəng, 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.

Oxşar xəbərlər
OTACI