Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Biz gözləyirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlər müəyyənləşəcək”.

Press.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntimiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Görüş 2020-ci il noyabrın 10-da imzlaanmış atəşkəs sazişinin nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır”, - nazir müavini vurğulayıb.

Diplomat bildirib ki, görüşün əsas məqsədlərindən biri də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır.

Oxşar xəbərlər
OTACI