Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaz pulunu bu şəkildə də ÖDƏYƏ BİLƏCƏYİK

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gələn ildən Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin təsdiq etdiyi smart-kart tipli sayğacları onlayn sayğaclar olacaq.

Press.az-ın məlumatına görə, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda bunun üzərində iş gedir: “Onlayn sayğaclar hesabına abonentlər sosial şəbəkə üzərindən ödənişi yükləyə biləcəklər”.

R. Əliyev bildirib ki, bundan da başqa, istehsalatda olan köhnə smart-kart tipli sayğacları “card reader” ilə əlaqələndirilicək: “Bu “card reader”ləri “ASAN Xidmət” Mərkəzlərində və yaxud texnologiyalar satılan mağazalardan əldə etmək mümkün olacaq. Bu “card reader”in proqram təminatını “Azəriqaz” təmin edəcək. Bu proqramı da abonent istənilən mobil telefona və ya kompyüterə yükləyərək həm özünün, qonşunun və istənilən yaxının qaz kartına ödənişini yükləməklə həyata keçirə bilərlər”.

Oxşar xəbərlər
OTACI