Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda bu şəxslər COVID-19-u daha ağır keçirir - Nazirlikdən AÇIQLAMA

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir”.

Press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

O bildirib ki, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir: “Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır. COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər.

Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”.

Oxşar xəbərlər
OTACI