Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda marketə saxta əskinas verən şəxs saxlanılıb

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə oktyabrın 28-də Hövsan qəsəbəsində yerləşən marketlərin birinə bir nəfərin 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əskinas verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI