Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynada hərbi vəziyyət elan oluna bilər

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Genişmiqyaslı əməliyyatlar başlasa, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər”.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Xalqın xidmətçisi” partiyasından olan deputat Oleq Seminski deyib.

"Biz hamımız ümid edirik ki, bu baş verməyəcək, lakin panikaya düşməməli, ayıq başla hərəkət etməli və bunun həqiqətən baş verə biləcəyinə hazır olmalıyıq. Əgər bu baş verərsə, biz dövlət olaraq sona qədər mübarizə aparmalıyıq”, - o bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının keçmiş deputatı, “Radikal” Partiyasının lideri Oleq Lyaşko söyləyib ki, Prezident Vladimir Zelenski dekabrın 1-dən ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, indiyədək Ukraynada hərbi vəziyyət yalnız bir dəfə - 2018-ci ilin noyabrında tətbiq edilib.

Oxşar xəbərlər
OTACI