First slide

"Bətnimdə övlad, yanımda körpə..." - Lalə boşanmasından danışdı

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mən bu həyatda özümü iki ömür sürmüş bir insan kimi özümü adlandıra bilərəm. Hər bir kəsin həyatında sınaq olur. Mənim sınağım çətin dönəmə düşdü. Çünki bətnimdə övlad, yanımda da körpə qızım var idi. Təsəvvür edin ki, həm bu övladıma lazımam, həm də bətnimdəki uşağı sağlam dünyaya gətirməliyəm.

Press.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Tam vaxtıdır" proqramında deyib. Boşanmasından danışan sənətçi çətin günlər yaşadığını bildirib:

"Allaha sığındım. Nə yaxşı ki, valideynlərim sağdır, onlar mənə dəstək oldular. Yoxsa həmin dövrləri keçə bilməzdim. Mənim həmin dövrlərdə ayaqüstə qalmağıma, heç kəsə möhtac olmamağıma, həm maddi, həm mənəvi cəhətdən ən böyük dəstəkçim yuxarda Allah, aşağıda valideynlərim və musiqi oldu. Amma aldığım o travmalar mənimlədir. Çünki indi öz keçirdiyim hisslərdən dolayı hamilə qadın gördükdə, mənə elə gəlir ki, onun üçün nəsə etməliyəm. Amma sıfırlandım və küllərimlə yenidən doğuldum. Həyatı yenidən başlamaq böyük güc tələb edir.

Oxşar xəbərlər
OTACI
OTACI