Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qərar Brüsseldə deyil, Soçidə veriləcək” - Silayev

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Brüsseldəki görüş zamanı Soçi görüşündə gözlənildiyi kimi heç bir qərar qəbul edilməyəcək”.

Press.az xəbər verir ki, bunu news.am-a müsahibəsində MDBMİ-nin baş elmi işçisi, rusiyalı tədqiqatçı  və politoloq Nikolay Silayev noyabrın 26-da Soçidə keçiriləcək Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü və onun mümkün nəticələrini şərh edərkən bildirib. 

"Düşünürəm ki, bu ilin yanvarında olduğu kimi hansısa üçtərəfli bəyanat qəbul ediləcək. Brüsseldə gözlənilən görüş bu görüş kimi hazırlanmamışdı. Brüsseldəki görüş zamanı Soçidəki görüşdə gözlənildiyi kimi heç bir qərar verilməyəcək, çünki Brüsseldəki görüş gözlənilmədən təşkil olunub. Bəli, orada görüşəcəklər, bir-birlərinə nəsə deyəcəklər, vəssalam, biz Soçi görüşündən konkret qərarlar gözləyirik. Soçi görüşünün elan edilməsi və baş tutması onu göstərir ki, bu istiqamətdə kifayət qədər intensiv iş aparılır, Brüssel görüşündə bu, nəzərə çarpmır”, - Silayev bildirib.

Oxşar xəbərlər
OTACI