Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrail Dövlətinin Cənub dairəsində, İrlandiya Respublikasının Monaxan inzibati ərazi vahidində, Niderland Krallığının Frislandiya əyalətində, İngiltərənin Yorkşir-Humber və Şimal-Qərb İngiltərə regionlarında, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya vilayətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-dan Press.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrail Dövlətinin Cənub dairəsindən, İrlandiya Respublikasının Monaxan inzibati ərazi vahidindən, Niderland Krallığının Frislandiya əyalətindən, İngiltərənin Yorkşir-Humber və Şimal-Qərb İngiltərə regionlarından, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya vilayətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, İrlandiya Respublikasından, Niderland Krallığından, İngiltərədən və Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər
OTACI