Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN: "Uşaq ən böyük zorakılığı elə ailədə görür"

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Uşaq ən böyük zorakılığı elə ailədə görür".

Press.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var: "Daha çox psixoloji dəstəyə fokuslanmalıyıq. Bu gün psixoloqların yardımına ehtiyac var. Çünki cütlüklər dərk etmədən ailə qururlar. Bəzən cütlüklər gənc yaşında evlənir, hətta 30 yaşında evlənənlər var ki, ailənin nə olduğunu dərk etmir. Hələ də dərk etmir ki, o bu ailəni saxlaya biləcəkmi? Bütün problemlər də buradan yaranır".

K.Ələkbərova məktəblinin qaçırılmasına cəhd xəbərinə də münasibət bildirib: "Belə hallar çox deyil. Çox vaxt belə hadisələr boşanan valideynlərin ailələrində baş verir. Ailə boşanmaq ərəfəsindədir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm. Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər. O ki qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurslara-kameralara harada ehtiyac olursa, təmin olunur. Hansı hallarda ki yoxdur, o zaman məktəb rəhbərliyinə müraciət edə bilərlər. Bəzi neqativ halları görmək üçün özlərinin təşəbbüsü olmalıdır. Bütün məktəblərin həyətinə polis də gəlib dayana bilməz. Bunun üçün heyətimiz də yoxdur. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar".

Oxşar xəbərlər
OTACI