Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə oğurluq edən şəxslər saxlanılıb-FOTO

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

RPİ-nin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev. Saxlanılan şəxslər ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Bundan başqa, Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yüksək mərtəbəli binanın damından ümumi dəyəri 1 244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullyev saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs oğurladığı əşyaları taksi sifariş edərək apardığını daha sonra isə həmin əşyaların bir qismini satdığını etiraf edib

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

Oxşar xəbərlər
OTACI