Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Avtoş” sürücülərə rəsmi XƏBƏRDARLIQ

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 171 və 136 saylı marşrut avtobuslarının sürücüləri aeroport yolunda  sürət həddini aşmaları ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a deyib ki, hər iki marşrut xəttinin sahibkarı olan “Ayşən LTD” və “Status-avto MMC” daşıyıcı şirkətləri agentliyə çağırılıb. Hər iki şirkət sahibinin izahatları alınıb və onlara ciddi xəbərdarlıq edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza bildirib ki, ictimai nəqliyyatın iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin fəsadları olduqca mürəkkəbdir:

“Bu da ictimai nəqliyyatın digər hərəkət iştirakçılarından daha məsuliyyətli, daha ciddi və təhlükəsiz şəraitdə idarə olunmasını tələb edir. Çünki bu xidmət növü bir və ya bir neçə şəxsin yox, onlarla insanın həyat və sağlamlığı, ətrafdakı hərəkət iştirakçılarının rahat hərəkət etməsi üçün çox vacibdir.

A. Əsgərli sərnişindaşıma ilə məşğul olan şirkətlərə üz tutaraq onlara daha məsuliyyətli olmaları barədə xəbərdarlıq edib:

“Nəzərə almalıdır ki, yol verdikləri ən xırda pozuntu da daha ağır nəticələrə səbəb olur. Hesab edirəm ki, onları işə götürənlər də mütəmadi olaraq sürücüləri təlimatlandırmalı, onların psixoloji və sağlamlıq durumlarına diqqət yetirməlidirlər. Yaxşı olardı ki, hər gün xidmətə çıxmazdan əvvəl sürücülərin xəstəliyi yoxlanıldığı kimi, onların psixoloji durumu da yoxlanılsın. Hər halda ictimai nəqliyyatda baş verən yol hərəkəti qaydalarının pozulmasını qınayırıq və hesab edirik ki, bu pozuntular olmamalıdır. Bir daha fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, üzərlərinə götürdükləri bu məsuliyyətli işi layiqincə yerinə yetirsinlər. Çünki bu məsuliyyətsizliklər  sosial şəbəkələrdə yayılmaqdan əlavə, ictimaiyyəti, eləcə də hərəkətin təhlükəsizliyinə əsas cavabdeh dövlət orqanı kimi dövlət yol polisini də ciddi  narahat edir. Biz və aidiyyatı qurumlar bu məsələni nəzarətdə saxlayıb araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəcəyik! Bir daha hərəkətin bütün iştirakçılarından məsuliyyətli olmağı tələb edirik”.

Oxşar xəbərlər
OTACI