Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məktəblərdə şagirdlərin qaçırılma faktı YOXDUR

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin çoxunda müşahidə kameraları və mühafizə xidmətləri var. Odur ki, hansısa məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur”.

Press.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O, məktəbdən kənarda belə halın baş verməsini istisna etməyib:

“Bununla bağlı da hüquq-mühafizə orqanları məşğul olur".

M.Vəliyeva valideynlərə müraciət edərək övladlarına qarşı diqqətli olmağa çağırıb:

“Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdinin naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib. Bildirilib ki, məktəbin ön kamerası işləmədiyindən küçədə olan digər müşahidə kameralarından şagirdi qaçırmaq istəyən şəxsin avtomobilin markasını təyin etmək mümkün olub.

Artıq azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Oxşar xəbərlər
OTACI