Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Salyanın baş memarının məhkəməsi başlayıb

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanın baş memarı, Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri işləmiş Teyyub Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Press.az-ın xəbərinə görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, T.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər
OTACI