Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis Lerik məktəbliləri ilə görüş keçirib

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarxı izləyiblər. Çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Eyvazov bu gün Respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. 

Daha sonra çıxış edən Lerik Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları və digərləri qeyd ediblər ki, təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Son tədbir iştirakçılarının sualları cavablandırılıb

Oxşar xəbərlər
OTACI