Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Spartak" "Napoli"yə qalib gəldi, liderliyə yüksəldi - Avroliqa

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. C qrupunda  "Spartak" (Moskva)  "Napoli"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

"Spartak" (Rusiya) - "Napoli" (İtaliya) - 2:1
Qollar: 
Sobolev, 3-pen (1:0), 28 (2:0), Elmas, 64 (2:1)

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Spartak" liderliyə yüksəlib. Eyni xala malik "Napoli" isə 2-ci pilləyə geriləyib.

Qeyd edək ki, bu qrupun digər oyununda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya" sabah İngiltərədə "Lester"in qonağı olacaq. Noyabrın 26-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Hazırda Varşava klubu 6 xalla 3-cü, Premyer Liqa təmsilçisi isə 5 xalla sonuncudur.

 

21:53 24.11.2021 42 İsveç parlamentinin yeni Baş nazir seçdiyi Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson səlahiyyətlərinin icrasına başlamasından bir neçə saat sonra istefa verib. Redaktor.az xəbər verir ki, istefanın səbəbləri hələ açıqlanmır. Qeyd edək ki, Maqdalena Anderssonun İsveç parlamentinin yeni Baş nazir seçilməsi ölkə tarixində birinci dəfə idi. İlk dəfə idi ki, ölkənin Baş naziri vəzifəsinə xanım seçilirdi. M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək Baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. O, 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən indiyədək hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib. S.Löfven hələ avqustun 22-də partiya sədrliyindən getdiyini açıqlayıb. Noyabrın 4-də SDP konqresində yeganə namizəd olan Maqdalena Andersson partiyanın yeni sədri seçilib (report).
Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI